İsrail ordusunun hərbçisinə hücum olub

11:09 - 9 İyun 2023 - DÜNYA

İsrail ordusu Ramallah yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində bir fələstinlinin əsgərə hücum etdiyini bildirib

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.  Məlumata görə, bir fələstinli oğurlanmış avtomobillə Ramallah yaxınlığındakı Rantis keçid məntəqəsinə gəlib və orada silahını ələ keçirmək üçün İsrail əsgərinə hücum edib, sonra isə zərərsizləşdirilib.

"Şübhəli şəxs oğurlanmış avtomobillə Rantis keçid məntəqəsinə gəlib. Hərbçilər onun avtomobilinə baxış keçirərkən şübhəli əsgərə hücum edərək silahını götürməyə cəhd edib. Daha sonra başqa bir əsgər şübhəlinin üzərinə atəş açıb və onu zərərsizləşdirib", - deyə məlumatda bildirilir.

Xəbər xətti