Netanyahu və Blinken İran və ABŞ-ın İsraillə əməkdaşlığını müzakirə ediblər

23:45 - 8 İyun 2023 - DÜNYA

İsrailin baş naziri Binyamin Netanyahu və ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı günü telefon danışığı keçiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş nazirinin ofisi məlumat yayıb. Məlumata görə, onlar ABŞ-İsrail əməkdaşlığını müxtəlif sahələrdə, eləcə də İran ətrafındakı vəziyyəti müzakirə ediblər.

Bildirilir ki, hökumət başçısı İsrail və ABŞ arasında ən yüksək səviyyədə olan hərbi və kəşfiyyat əməkdaşlığına görə minnətdarlığını bildirib. Regional problemlər və imkanlar müzakirə edilib.

Ofisdə qeyd edildiyi kimi, Netanyahu Blinkenə iki ölkənin nümayəndə heyətləri arasında Vaşinqtonda bu yaxınlarda keçirilən səmimi danışıqlara və İsraillə ABŞ arasında fəaliyyətlərin sıx koordinasiyasına görə təşəkkür edib. Bundan əlavə, baş nazir süni intellekt sahəsində İsrail-Amerika əməkdaşlığını inkişaf etdirməyi təklif edib.

Xəbər xətti