Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salınıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan deyib.
O, bildirib ki, Azərbaycan tərəfinin xahişi ilə gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan müzakirələrin növbəti raundu təxirə salınır.
İclasın yeni tarixləri barədə ictimaiyyətə lazımi qaydada məlumat veriləcək.