Şahbuz rayonunda gənc oğlan özünü yandırıb.
APA xəbər verir ki, hadisə dünən gecə saatlarında Şahbuz yolunda qeydə alınıb. Belə ki, Şahbuz rayon Sahbuzkənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Sahil Talıb oğlu özünü yandırıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti ağırdır.
Hadisənin hansı səbəbdən baş verdiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.