Bu gömrük yığımı ləğv edildi

18:44 - 6 İyun 2023 - Cəmiyyət

Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

APA-nın xəbərinə görə, indiyə qədər qüvvdə olan qərara əsasən, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınıb.

Dəyişikliyə əsasən, bu gömrük yığımı ləğv edilib.

Xəbər xətti