Bakıda kişi özünü körpüdən atmaq istəyir - VİDEO

17:59 - 6 İyun 2023 - HADİSƏ

Bu gün saat 17 radələrində naməlum şəxs "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şəxs körpünün asma dirəklərini saxlayan qurğunun üzərinə çıxıb.

Hadisə ilə bağlı xilasedicilərə məlumat verilib.

İntiharın qarşısının alınması məqsədilə iş aparılır.

Xəbər xətti