Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kaxovskaya su elektrik bəndinin dağıdılmasından şoka düşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, Twitter-də yazıb.
"Novaya Kaxovka bəndinə misli görünməmiş hücumdan şoka düşdüm. Mülki infrastrukturun dağıdılması açıq-aydın müharibə cinayətidir - və biz Rusiyanı və onun kuklalarını məsuliyyətə cəlb edəcəyik", - o, qeyd edib .