İran ilk hipersəs raketini nümayiş etdirdi

11:06 - 6 İyun 2023 - DÜNYA

İran 1400 kilometr məsafə qət edə bilən "Fəttah" adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu silah, Tehranın fikrincə, səsdən beş dəfə sürətlə hərəkət edə bilir. Tədbirdə İran prezidenti İbrahim Rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri iştirak ediblər.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmirəli Hacızadə bildirib ki, onların ilk hipersəs raketi bütün raketdən müdafiə sistemlərindən keçəcək və bu silahlara qarşı mübarizə aparmaq üçün texnologiya onilliklər ərzində üzə çıxa bilməyəcək.

O əlavə edib ki, bu raket düşmənin raket əleyhinə sistemlərini məhv etmək üçün həll yoludur, o, səs sürətindən beş dəfə sürətlə hərəkət edə bilir.

Xəbər xətti