Prokrastinasiya nədir və onunla necə mübarizə aparaq?

09:02 - 6 İyun 2023 - Cəmiyyət

Prokrastinasiya müasir insanın ən ciddi problemlərindən birinə çevrilməkdədir. Sadə dillə desək, prokrastinasiya – bu günün işini sabaha saxlamağa meyillilikdir. Çox vaxt tənbəlliklə səhv salınsa da, bunlar fərqli anlayışlardır. Tənbəl insanlar hər hansısa bir işi görməkdən imtina edir, çünki həqiqətən də onun vacibliyinə inanmır. Prokrastinatorlar isə işin önəmini dərk edir, öz məsuliyyətini anlayır, lakin işi müxtəlif səbəblərdən təxirə salır və bu zaman günah və utanc hissi duyur.

Psixoloqlar prokrastinasiya ilə mübarizə üçün müxtəlif üsulları qeyd edir. Yazının davamında ən çox səsləndirilən tövsiyələrlə tanış olacaqsınız.

Büdcənizə nəzarəti gücləndirin

Prokrastinasiyaya gətirən səbəblərdən biri kimi maliyyə motivasiyasının olmaması göstərilir. Gəlirləri, xərcləri və qənaəti düzgün, vaxtında planlayın. Bunun üçün m10 by PashaPay, Birbank, Goodbudget, Monefy, və digər bənzər tətbiqlərdən yararlana bilərsiniz. Istifadədəsi asan olan m10 tətbiqi vasitəsilə pullarınızı elektron pulqabınızda saxlayaraq xərclərinizi düzgün bölüşdürə və ödənişlərinizin tarixçəsini izləyə bilərsiniz.

Özünüzə aydın hədəflər qoyun

Böyük hədəf gözünüzə qeyri-müəyyən və çətin görünürsə, onu ölçülə bilən və vaxtı məhdud olan daha kiçik hədəflərə bölün. Belə hədəflər daha az enerji tələb etdiyi üçün onların öhdəsindən gəldikcə motivasiyanız yüksələcək, həcmlər kiçik olduğu üçün isə diqqətinizi toparlamaq daha rahat olacaq.

Detallı bir plan hazırlayın

Ən xırda incəliklərin də nəzərə alındığı iş planı tərtib edin. Tapşırıqları vacibliyə görə sıralayın. Təqvimlərdən, Todoist, Trello və ya Asana kimi tətbiqlərdən geniş istifadə edin.

Tez-tez hesabat verməyə çalışın

Hədəflərinizi və irəliləyişi inandığınız bir insanla paylaşın. Hesabatlı fəaliyyət motivasiyanı artırır. Dəstək ala biləcəyiniz bir nəfər və ya qrup tapmağınız kifayətdir.

Sadalanan tövsiyələrə diqqət etməklə və ən əsası, özünüzə inanmaqla prokrastinasiyanı qısa zamanda məğlub edə biləcəksiniz.

Xəbər xətti