Bir neçə ölkə Ukraynaya "Patriot" sistemləri tədarük edəcək

07:31 - 2 İyun 2023 - DÜNYA

Bir neçə ölkənin baş naziri Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri çatdıracaqlarına söz veriblər.

Ucnoqta.az xarici mətbuata istinaədn xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski Moldovanın paytaxtında Avropa Siyasi Birliyinin sammitində iştirak etdiyi mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Polşada kifayət qədər “Patriot” sistemləri yoxdur, ona görə də onları Ukraynaya ötürə bilməz. Eyni zamanda, Moravetski Avropa Siyasi Birliyinin iclası zamanı Patriot sistemlərinə sahib olan digər ölkələrin onları ən qısa zamanda Ukrayna ilə paylaşmasının nə qədər vacib olduğunu qeyd edib.

Xəbər xətti