Azərbaycanda Məhərrəmlik ayı nə vaxt başlayır? - AÇIQLAMA

16:44 - 1 İyun 2023 - ÖLKƏ İÇİ

Azərbaycanda Məhərrəmlik ayının başlanacağı tarix açıqlanıb. 

Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Fuad Nurullayev Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu il Məhərrəmlik ayı iyulun 19-na təsadüf edəcək: "Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanlar İdarəsi olaraq Şamaxı Rəsədxanasına sorğu göndərmişik. Bizə təqdim olunan cədvələ əsasən, bu il Məhərrəmlik ayının ilk günü iyulun 19-a, Aşura günü isə iyulun 28-nə təsadüf etməlidir. Bununla bağlı olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası olacaq".

Məlum məsələdir ki, Məhərrəmlik və ondan sonra davam edən Səfər ayında adətimizə görə, toylar təxirə salınır. Sədr müavininin sözlərinə görə, Məhərrəmlik ayından sonra başlayan Səfər ayı sentybarın 16-da bitəcək: "Həm Məhərrəm, həm də Səfər aylarında elimizin adətinə görə, Peyğəmbər, onun ailəsinə ehtiram və hörmət olaraq, imam Hüseynin şəhadətinə dəyər verərək biz toylarımızı təxirə salırıq. Əgər Məhərrəm ayı 19 iyulda daxil olursa, Səfər ayı sentyabrın 16-da bitəcək". 

Xəbər xətti