“Başımdakı meyvələrlə fəxr edirəm” - Elza

16:18 - 1 İyun 2023 - SİYASƏT

“Bizimləsən” verilişində qonaq olan Əməkdar artist Elza Seyidcahan canlı efirdə gərgin anlar yaşayıb.  

Ucnoqta.az Olay-a istinadla xəbər verir ki, buna səbəb Roman adlı iştirakçının şəxsin geyimi olub.  

E. Seyidcahan iştirakçının fəsilə uyğun geyinmədiyini deyərək qarşı tərəfi tənqid edib. Lakin bu sözlər Romanın heç də xoşuna gəlməyib. Bəstəkarın iradına cavab olaraq iştirakçı “Mən başımda meyvəylə gəzmirəm ki...” – deyə sərt sözlərdən istifadə edib.  

Romanın sözlərinə cavab olaraq isə bəstəkar bu cavabı verib: 

“Mən başımdakı meyvələrlə həmişə fəxr edirəm. O, bir sənətkarın obrazıdır. Hər halda üzr istəyirəm, bədəninizə döymə etdirməkdənsə... Bədənini bu hala salmaqdansa, başına meyvə qoysaydın, ondan min dəfə yaxşı olardı”.

Xəbər xətti