Gəncədə sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşdü - FOTO

10:40 - 1 İyun 2023 - HADİSƏ

Gəncə şəhərində sərnişinləri hava limanına aparan mikroavtobus qəzaya düşüb.

"Report"un məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavrobus "QAZ-31" markalı avtomobillə toqquşub. İdarəetmədən çıxan "Mercedes Vito" yaxınlıqdakı dairənin beton maneəsinə çırpılıb.

Qəza nəticəsində mikroavtobusda olan qadın sərnişin xəsarət alıb. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti