Biləsuvarda güclü leysan yağır

17:07 - 31 May 2023 - ÖLKƏ İÇİ

Biləsuvar rayonunda güclü leysan yağır.

"Report"un məlumatına görə, hazırda rayon ərazisində hava şəraiti kəskin dəyişib.

Şimşəklə müşahidə olunan intensiv yağışlar Bolqarçay çayında suyun səviyyəsinin çoxalması riskini artırır.

Qeyd edək ki, mayın 31-i saat 02.00 radələrində İran ərazisindən böyük su kütləsi Bolqarçay çayı vasitəsilə rayon ərazisinə daxil olub. Sel sularının qarşısının alınması xüsusi qərargah yaradılıb.

Xəbər xətti