“Mavi kod” sistemininin tətbiqinə başlanılıb - İlk dəfə ...

14:59 - 27 May 2023 - ÖLKƏ İÇİ

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Abşeron Rayon Mərkəzi Xəstəxanasında “Mavi kod” sistemi beynəlxalq standartlara uyğun şəkildə qurulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Belə ki, xəstəxanada “Mavi kod” vəziyyətində fəaliyyəti və məsuliyyətləri müəyyən etmək üçün prosedur qaydaları müəyyənləşdirilib, müvafiq nöqtələr təcili cavab avadanlığı ilə təchiz olunub.

“Mavi kod” təcili müdaxilə hallarında tənəffüs və ya ürək dayanmalarında istifadə olunur. Bu hallarda, mümkün olan çox məhdud müdaxilə vaxtı ilə xəstənin ən sürətli və effektiv reanimasiyasını həyata keçirmək lazımdır.

Mavi kod zamanı xəstənin həyati funksiyalarına geri dönülməz zərər verməmək üçün yalnız 2-5 dəqiqə ərzində mütəxəssis müdaxiləsi vacibdir.

Qeyd edək ki, “Mavi kod” sistemi xəstəxana təcili kodları arasında dünyada ən çox tətbiq olunan kodlardan biridir.

Xəbər xətti