Conson və Tramp Ukraynadakı vəziyyəti müzakirə ediblər

20:50 - 26 May 2023 - DÜNYA

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ-ın keçmiş prezidenti Donald Trampla Ukraynadakı vəziyyəti müzakirə etmək üçün görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky News telekanalı keçmiş baş nazirin nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Conson və Tramp “Ukraynadakı vəziyyəti və Ukraynanın qələbəsinin həyati əhəmiyyətini müzakirə etmək üçün” mayın 25-də görüşüblər.

Keçmiş liderlərin görüş yeri və digər təfərrüatlar barədə hələlik məlumat verilmir. Bununla belə, Sky News-un qeyd etdiyi kimi, görüş Consonun ABŞ-a səfəri zamanı baş tutub və bu səfər zamanı o, Texas və Las-Veqasa səfər edib.

Xəbər xətti