Ermənistan parlamentində növbəti dava düşüb
Ucnoqta.az xəbər verir ki, müxalifət deputatları ilə hakim “Mülki müqavilə” partiyası arasında dava düşüb. Bu Armen Danielyanın və hakim partiyadan olan deputatların gözünün içinə baxmaq istəyən “Ermənistan” müxalifət blokunun deputatı Artur Sarkisyanın çıxışından sonra baş verib. Deputatlar arasında mübhaisə söyüş, söz atışması və əlbəyaxa dava ilə nəticələnib. Məsələyə parlamentin daxili təhlükəsizlik işçiləri müdaxilə etmək məcburiyyətində qalıb. Onları Milli Assambleyanın sədri Alen Simonyan iclas zalına çağırıb.
Lakin təhlükəsizlik qüvvələrinin cəlb edilməsinə baxmayaraq, Simonyan 20 dəqiqəlik fasilə elan etməli olub.