Generalın yerinə təyin edilən polkovnik keçmiş nazirin oğludur - FOTO

17:03 - 22 May 2023 - SİYASƏT

Polkovnik Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azər Məmmədov 1987-90-cı illərdə Azərbaycanın daxili işlər naziri olmuş tanınmış dövlət xadimi Aydın Məmmədovun oğludur.

1969-cu il təvəllüdlü A.Məmmədov uzun müddət polis orqanlarında xidmət edib. Onun son iş yeri isə Daxili İşlər Nazirliyində Daxili Təhqiqat İdarəsinin rəis müavini vəzifəsi olub.

Xəbər xətti