Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın daxil olduğu Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, lakin Ermənistan əhalisinin təhlükəsizliyinin təmin edilməsi şərti ilə bəyan edib.
Ucnoqta.az xəbər verir ki, o, bu barədə bazar ertəsi mətbuat konfransı zamanı bildirib.
"Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıyır və Azərbaycanın Ermənistanın 29,8 min kvadrat kilometr ərazi bütövlüyünü tanımağa hazır olmasından çıxış edərək. Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisinə Dağlıq Qarabağ daxildir, lakin onu da qeyd edək ki, biz Onlar Dağlıq Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələsinin Bakı-Xankəndi formatında müzakirə edilməli olmasından danışırlar”, - Paşinyan bildirib.