Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik imkanlar çərçivəsində sülh yolu ilə davamlı və hərtərəfli həllinin tərəfdarıdır.
APA xəbər verir ki, bu barədə bu gün Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.
“Litva Avropa İttifaqının və bizim Transaltantik müttəfiqlərimizin bunun reallaşması üçün səylərini qətiyyətlə dəstəkləyir”, - o qeyd edib.