Bazar günü Kaliforniya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 12 minə yaxın insanın yaşadığı Fortuna şəhərindən 97 km cənub-qərbdə yerləşib. Mənbə 12 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.