"Sülh müqaviləsi ayrıca mövzudur"
Ucnoqta.az xəbər verir ki, bunu Rusiya XİN başçsı Sergey Lavrov Mirzoyan və Bayramovla üçtərəfli görüşün nəticələrinə münasibət bildirərkən deyib:
"Tərəflər onun üzərində işləməyə başlayıblar və hazırda o, digər vasitəçilərin də iştirakı ilə fəal şəkildə müzakirə olunur. Ermənistan və Azərbaycan nazirləri Vaşinqtona səfər ediblər, Ermənistan və Azərbaycan prezidentləri bir həftə əvvəl Brüsseldə görüşdülər. əlbəttə, sülh müqaviləsi üzərində işləmək, bu, fundamentaldır. Amma bizim tərəfdaşlarımız bu gün təsdiqlədilər ki, delimitasiya məsələləri həll edilmədən, nəqliyyat və iqtisadi kommunikasiyalar bloku açılmadan, Qarabağda təhlükəsizlik vəziyyəti ümumi yaxşılaşmadan və Ermənistan-Azərbaycan sərhədində sülh müqaviləsinin konkret aspektləri üzrə irəliləmək çətindir”.