Taxıl müqaviləsinin heç bir dəyişiklik olmadan iyulun 17-dək uzadılması qərara alınıb.
Ucnoqta.az xəbər verir ki, məlumatı mayın 18-də Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Departamentin rəsmi saytında sövdələşmənin 120 günlük tsiklin sonuna qədər qüvvədə olacağı bildirilir.
Həmçinin Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiya-BMT Memorandumunun icrası çərçivəsində beş vəzifə həll edilməlidir. Hələlik onlarla bağlı heç bir irəliləyiş yoxdur.