Ucnoqta.az
www.ucnoqta.az

Taxıl müqaviləsi iyulun 17-dək uzadılıb

21:21 - 18 May 2023 tarixində dərc olunub.

Taxıl müqaviləsinin heç bir dəyişiklik olmadan iyulun 17-dək uzadılması qərara alınıb.

Ucnoqta.az xəbər verir ki, məlumatı mayın 18-də Rusiya Xarici İşlər Nazirliyi yayıb.

Departamentin rəsmi saytında sövdələşmənin 120 günlük tsiklin sonuna qədər qüvvədə olacağı bildirilir.

Həmçinin Rusiya Xarici İşlər Nazirliyi xatırladıb ki, Rusiya-BMT Memorandumunun icrası çərçivəsində beş vəzifə həll edilməlidir. Hələlik onlarla bağlı heç bir irəliləyiş yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası