Ermənistan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıyır
Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı deyib.
“Üç gün əvvəl Avropa Şurası prezidentinin vasitəçiliyi ilə biz daha da irəli getdik və vurğuladıq ki, Ermənistan Azərbaycan ərazisini 86,6 min kvadratkilometr, Azərbaycan isə 29,8 min kvadrat kilometr Ermənistan ərazisini tanıyır” - Nikol Paşinyan deyib.