"Biz F-16-ları Ukraynaya təhvil verməyə hazır deyilik, lakin demək olar ki, bütün MiQ-29-larımızı təhvil vermişik".
Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa lideri Andjey Duda Avropa Şurasının iclasında bunu bu tip təyyarələrin nisbətən az olması ilə izah edib.
Eyni zamanda o əlavə edib ki, Polşa ukraynalı pilotların hazırlanması prosesinə dəstək verməyə hazırdır.
"Ukraynanın münaqişə başlayandan bəri bizdən tələb etdiyi MiQ-29-larımızın demək olar ki, hamısını təhvil verdik. Nisbətən az sayda F-16 təyyarəmiz var. Ukraynalı pilotların hazırlanması prosesinə dəstək verməyə hazırıq. Lakin bizim sahib olduğumuz F-16 təyyarələrinin sayı bu gün onların bir hissəsinin Ukraynaya verilməsindən danışmağa imkan vermir”, - deyə Duda bildirib.