Sinan Oğan kimi dəstəkləyəcək? 5 vazkeçilməz ŞƏRT

11:37 - 16 May 2023 - SİYASƏT

Türkiyədə prezident seçkisinin 5,17 faiz səslə 2-ci tura keçirilməsində ATA Alyansının prezidentliyə namizədi Sinan Oğanın rolu olub. Oğanın 2-ci turda dəstəkləyəcəyi namizəd üçün 5 şərtinin olacağı, qırmızı xəttin isə “terror təşkilatlarından uzaqlıq” olduğu vurğulanır.

Ucnoqta.az xəbər verir ki, Oğan dəstəkləyəcəyi namizəd üçün 5 vazkeçilməz şərt müəyyən edib. Bunlar Konstitusiyanın ilk dörd maddəsinin dəyişməzliyi, 66-cı maddədə türklüyün Konstitusiyadan çıxarılması cəhdinə qarşı sədd qoyulması, 13 milyon qaçqının göndərilməsi, iqtisadi böhrana səbəb olan faiz, inflyasiya, nəticə döngüsündən qurtulmalı və böhrandan çıxmaq üçün adekvat addımlar atılmalı və terror təşkilatları və onların siyasi strukturları ilə məsafə saxlanılması.

"FETÖ, PKK və Hizbullah terror təşkilatları başda olmaq üzrə terror təşkilatları ilə məsafə mütləqdir, bundan sonra başqa məsələlər müzakirə olunacaq. Terror təşkilatından uzaq durmayanlar onsuz da gəlməməlidir” - bildirilib.

Xəbər xətti