Belarusun Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Bryansk vilayətində baş verən insidentlərdən sonra üç gündür yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ucnoqta.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bazar ertəsi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komandanlıq Məntəqəsinə səfəri zamanı ona hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi tapşırıqlarının təşkili və icrası barədə məlumat verilərkən deyib.
Prezidentin sözlərinə görə, o, ölkədəki vəziyyətlə maraqlanır. Lukaşenko qeyd edib ki, hazırda respublika ətrafında vəziyyət kritik deyil, lakin həyəcanverici amillər var.