NATO ölkələrindən Kiyevə verilən zəmanətlər 5-ci maddəsinin işə salınmasına yaxınlaşdıracaq - Baş katib

16:09 - 15 May 2023 - SİYASƏT

NATO ölkələrinin Ukraynaya ikitərəfli təhlükəsizlik zəmanəti verməsi alyansı Vaşinqton Kollektiv Müdafiə Müqaviləsi 5-ci maddəsinin işə salınmasına yaxınlaşdıracaq.

Ucnoqta.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Kopenhagendə keçirilən altıncı “Demokratiya Sammiti”ndə çıxışı zamanı deyib.

“Əgər NATO üzvləri, xüsusən, təbii ki, böyük ölkələr Ukraynaya ikitərəfli əsasda təhlükəsizlik zəmanətləri verməyə başlasalar, biz beşinci maddəyə çox yaxınıq”, - deyə o, Kiyevə təhlükəsizlik təminatının verilməsinin mümkünlüyü barədə sualı cavablandırıb.

Stoltenberqin sözlərinə görə, NATO hazırda sammit öncəsi məsləhətləşmələri davam etdirir və onların nəticələri barədə danışmaq hələ tezdir. Baş katibin etiraf etdiyi kimi, “bu problemi həll etməyin sadə yolu yoxdur”. Onun fikrincə, indi ən vacib məsələ Ukraynaya hərbi dəstəyi davam etdirməkdir.

NATO Nizamnaməsinin 5-ci maddəsində bildirilir ki, bir və ya bir neçə NATO üzvü ölkəyə silahlı hücum bütün alyansa hücum hesab olunur. Belə bir vəziyyətdə NATO hücuma məruz qalan tərəfə yardım göstərəcək.

Xəbər xətti