Kılıçdaroğlu Sinan Oğanın bəzi səslərini ala bilər, lakin ...

13:13 - 15 May 2023 - SİYASƏT

Türkiyə müxalifətinin namizədi Kamal Kılıçdaroğlu prezidentlik yarışından kənarda qalan Sinan Oğanın (5,2%) səslərinin bir hissəsini ala bilər.

Ucnoqta.az xəbər verir ki, bu sözləriTASS-a ana müxalifət Xalq Cümhuriyyət Partiyasındakı mənbə bildirib. Mənbə bildirib ki, lakin bu, ikinci turda qalib gəlmək üçün kifayət etməyə bilər:

"Əvvəla, tərəflər səsvermənin nəticələrini təhlil edəcək, görüşlər keçirəcək. Oğan bu görüşlərdə nə qərar veriləcəksə, ona uyğun olaraq öz auditoriyasını yönləndirməyə çalışacaq. İndi Türkiyədə sırf populist bir proses başlayır. Amma görünən odur ki, Oğan bütün elektoratını Kılıçdaroğluna yönəldə bilməyəcək”, - partiyanın nümayəndəsi deyir.

O qeyd edib ki, indiki mərhələdə həlledici rolu “siyasi qüvvələr arasında ticarətin nə qədər sərfəli olacağı” oynayacaq.

"Kılıçdaroğlu, məncə, daha çox Oğanın səsləri gedəcək. Amma onların qələbə üçün kifayət edib-etməyəcəyi böyük sualdır", - agentliyin həmsöhbəti bildirib.

Xəbər xətti