Brüsseldə Prezident İlham Əliyevin Şarl Mişel ilə görüşü başlayıb

11:46 - 14 May 2023 - SİYASƏT

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel ilə görüşü başlayıb.

“Report”un Brüsselə ezam olunmuş müxbiri xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Aİ Şurasının Prezidentinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi gözlənilir.

Xəbər xətti