"Ramazan bayramı ilə əlaqədar müsəlman dövlətlərindən bəzisi 5 gün, bəziləri 7 gün tətil edir. İmamlar QMİ-nin fətvasına qarşı çıxırsa, kimin dediyini edir?!"
"Report" xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu il Ramazan bayramı ərəfəsində bayram namazının qılınması ilə bağlı yaşanmış anlaşılmazlığa münasibət bildirərkən deyib.
O bildirib ki, Azərbaycanda ənənəvi bayramlarda müvafiq tətil günləri verilir:
"Ölkədə Ramazan və Qurban bayramı Novruz bayramı ilə müqayisədə daha az, yəni 2 gün olur. Bu, o demək deyil ki, məsciddə keçiriləcək tədbir başqa günləri əhatə etməlidir. Biz ölkənin dini qurumunun çıxardığı fətvasını əsas götürməliyik”.