Avropa İttifaqının xarici diplomatiya xidmətinin rəhbəri Jozep Borrell münaqişəni gərginləşdirmək üçün PUA-nın Kremlə hücumundan istifadə etməməyə çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, Brüsseldə Avropa İttifaqının inkişafı üzrə nazirlərin görüşündə bildirib.
"Biz Rusiya Federasiyasını bu qondarma hücumdan münaqişənin daha da gərginləşməsi üçün arqument kimi istifadə etməməyə çağırırıq. Biz bunun Ukraynaya qarşı daha çox qoşun toplanmasına və yeni hücumlara səbəb ola biləcəyindən narahatıq. Biz Ukraynanı silahla dəstəkləyirik ki, Rusiya hücumlarını dayandırsın və Ukraynanı tərk etsin”.
Borrell həmçinin bildirib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin “Ukrayna Rusiya ərazisinə hücum etmir, öz torpaqlarını müdafiə edir” ifadələrinə inanır.