48 yaşlı qadın qələmi uddu və öldü

00:05 - 26 Aprel 2023 - SİYASƏT

Böyük Britaniyanın 48 yaşlı sakini Anita Gibbs qələmi udub, bundan sonra bağırsağın partlaması nəticəsində dünyasını dəyişib.

Ucnoqta.az Mirror-a istinadən bildirir ki, qadının psixi sağlamlıq problemi var idi.

O, həyatının son aylarını xəstəxanada keçirib və orada mütəxəssislər tərəfindən müalicə olunub. Əvvəllər ona özünə xəsarət yetirməyə və yeyilməz əşyaları udmağa çalışdığı psixi pozğunluq diaqnozu qoyulmuşdu. 

Həkimlərin dediyinə görə, bir gün qadının vəziyyəti pisləşib. Məlum olub ki, qələm Gibbsin bağırsaqlarını parçalayıb və onun sonradan ölməsinə səbəb olub.

Xəbər xətti