Sudan xüsusi təyinatlıları vətəndaşları təxliyə etmək üçün Fransa səfirliyinin təşkil etdiyi konvoya hücum edib.
Ucnoqta.az xəbər verir ki, bu bəyanatı bazar günü Sudan ordusu verib.
Diplomatik nümayəndəliyin binası yaxınlığında baş verən atışma nəticəsində bir fransız yaralanıb.
Xüsusi Təyinatlı Qüvvələr rəsmi Tvitter səhifəsində yerləşdirdiyi bəyanatda insidentdə Sudan ordusunu günahlandırıb. Bildirilib ki, Fransa vətəndaşlarının səfirlikdən təxliyyəsi zamanı xüsusi təyinatlı qüvvələri Sudan Silahlı Qüvvələri təyyarələri tərəfindən hücuma məruz qalıb və bu, Fransa vətəndaşlarının həyatını təhlükəyə atıb və onlardan birinin yaralanmasına səbəb olub.