"Qazaxıstan və Azərbaycanın ortaq məqsədləri var" - Kasım-Jomart Tokayev

16:37 - 10 Aprel 2023 - SİYASƏT

Siz iki ölkə arasında əməkdaşlığı daha da gücləndirməyə hazırsınız. Mən bunu tam dəstəkləyirəm.

APA Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Qazaxıstan və Azərbaycan xalqları qədim zamanlardan möhkəm dostluğa malik qardaş xalqlardır. Bizim adət-ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz oxşardır. Ən əsası odur ki, tarixi kökləri olan ölkələrimizin məqsəd və idealları ortaqdır. Ona görə də bugünkü səfər xüsusi əhəmiyyət kəsb edir”, - Qazaxıstan dövlət başçısı vurğulayıb.

Xəbər xətti