SEPAH-ın daha bir zabiti Suriyada öldürülüb

10:35 - 2 Aprel 2023 - DÜNYA

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ikinci hərbi müşaviri Müqdad Mehqani İsrailin hücumu nəticəsində Suriyada ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Mehqani cümə günü İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin ətrafına raket zərbəsi endirməsi nəticəsində ölümcül yaralanıb.

Bundan əvvəl SEPAH-ın hərbi müşaviri Milad Haydarinin ölümü ilə bağlı xəbər yayılmışdı.

Xəbər xətti