"Mançester Siti" "Liverpul"u məğlub edib

18:04 - 1 Aprel 2023 - İDMAN

"Mançester Siti" futbol klubu İngiltərə Premyer Liqasının matçında "Liverpul"u öz meydanında 4:1 hesabı ilə məğlub edib.

Ucnoqta.az xəbər verir ki, qarşılaşma Etihad stadionunda baş tutub.

Qaliblər arasında qolları Julian Alvares (27-ci dəqiqə), Kevin De Brune (46), İlkay Gündoğan (53), Cek Qriliş (74) vurub. "Liverpul"dan isə Məhəmməd Salah (17) qola imza atıb.

Qeyd edək ki, “Mançester Siti” bütün yarışlarda ardıcıl yeddinci qələbəsini qazanır.

Xəbər xətti