Gəncədə avtomobilin vurduğu piyada öldü

14:46 - 1 Aprel 2023 - HADİSƏ

Gəncədə piyadanın ölümü ilə nəticədən ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Göygöl rayonun Quşqara kənd sakini 1986-cı il təvəllüdlü Elmir İsmaylov yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzada ölən piyada Göygöl rayonun Quşqara kəndində özünə məxsus "Mercedes" markalı minik maşını aşırıb. Qəzadan sağ çıxan sürücü Gəncədə yerləşən xəstəxanaların birinə gedib. Bu zaman o yolu keçmək istəyəndə onu avtomobil vurub. Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti