Sunak Britaniyanın Trans-Sakit Okean Tərəfdaşlığına qoşulacağını açıqlayıb

05:17 - 31 Mart 2023 - SİYASƏT

Böyük Britaniya Hərtərəfli və Proqressiv Trans-Sakit Okean Tərəfdaşlığı Sazişinə (TPP) qoşulmaq barədə razılığa gəlib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniyanın Baş naziri Rişi Suna ticarət birliyinin digər üzvləri ilə danışıqların təxminən iki il çəkib. O, qeyd edib ki, prosesi başa çatdırmaq üçün lazım olan bütün hüquqi prosedurlar 2023-cü ildə tamamlanmalıdır.

Krallığın hökuməti hesab edir ki, uzunmüddətli perspektivdə böyük ticarət sazişi ölkə iqtisadiyyatına ildə əlavə olaraq 1,8 milyard funt-sterlinq (2,2 milyard dollar) gəlir əldə etməyə imkan verəcək. Britaniyanın Trans-Sakit Okean Tərəfdaşlığı ölkələrinə ixracı ildə 60 milyard funt-sterlinqdən (təxminən 75 milyard dollar) artıqdır və yeni müqavilə sayəsində artacaq.

Xəbər xətti