XİN İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı məlumat yaydı

04:46 - 30 Mart 2023 - SİYASƏT

Bu gün xarici işlər naziri Ceyhun Bayramovun israilli həmkarı Eli Kohenin ilə Azərbaycan İsrail dövlətindəki səfirliyinin açılış mərasimi keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanın İsrail ilə münasibətlərə verdiyi önəmdən bəhs edib. Nazir bu münasibətlərin xalqların birlikdə sülh və əmin-amanlıq içində birgə yaşayışına dayandığını bildirib. İkitərəfli münasibətlərdə ölkələr arasında mövcud yüksək səviyyəli siyasi dialoqun, habelə birgə Hökümətlərarası Komissiyanın işinin vacibliyi qeyd olunub.

Nazirlərin iştirakı ilə daha sonra Azərbaycanın İsraildəki Səfirliyinin adının əks olunduğu lövhənin açılış mərasimi keçirilib.


Xəbər xətti