Gürcüstanda Saakaşviliyə mükafat verilməsinə görə etiraz aksiyası keçirilib

12:44 - 28 Mart 2023 - DÜNYA

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə həlak olanların ailə üzvləri Norveç səfirliyi yaxınlığında etiraz aksiyası keçirirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə İmedi TV xəbər verir. Etirazçılar Saakaşvilinin aldığı Demokratiya və İnsan Haqları Mükafatı onlara qarşı təhqir olduğunu deyir, 2012-ci ildən əvvəl ölkədə insan haqlarının ən çox pozulduğunu hesab edirlər.

Onlar bildirir ki, Saakaşvili insan haqlarının pozulmasına görə uzun müddət cəza çəkməlidir.

İştirakçılar Norveç səfiri ilə görüşü və onun Saakaşviliyə təqdim edilən mükafatın ölkənin rəsmi mövqeyi olmadığı barədə bəyanatını gözləyirlər. 

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili Norveçdə həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin mükafatlandırılmasını gürcü xalqına qarşı təhqir adlandırmışdı.

Martın 26-da məlum olub ki, Norveçdə Saakaşvili ölkənin Mühafizəkarlar Partiyasının həmtəsisçisi Syur Lindebrekke mükafatına layiq görülüb. Osloda keçirilən mükafatlandırma mərasimində siyasətçinin anası Giuli Alasania və oğlu Nikoloz Saakaşvili iştirak edib.

Xəbər xətti