Biləsuvarda ata və oğlu su üstündə döyülüb

14:13 - 27 Mart 2023 - SİYASƏT

Biləsuvarda su üstündə dava düşüb.

APA-nın məlumatına görə, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb. Biləsuvar rayonun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanış şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Biləsuvar rayon Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z. Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Xəbər xətti