Qax sakini həmkəndlisini bıçaqladı

17:03 - 24 Mart 2023 - HADİSƏ

Qaxda həmkəndlilər arasında mübahisə bıçaqlanma ilə sona çatıb.

Oxu.Az xəbər verir ki, ötən gün axşam saatlarında rayonunun Şotavar kəndi ərazisində kənd sakinləri, 2001-ci il təvəllüdlü Azər Nadirovla 23 yaşlı Alqış İbrahimov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman A.Nadirov A.İbrahimova bıçaqla xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşları tərəfindən Azər Nadirov saxlanılıb və zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilib.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər xətti