“Müslüm Maqomayev məni otağından qovdu“ - Teymur Əmrah

17:30 - 22 Mart 2023 - MAQAZİN

Xalq artist Teymur Əmrah mərhum Xalq artisti Müslüm Maqomayevlə yaşadığı maraqlı xatirəsini bölüşüb.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Gül kimi şou" proqramında qonaq olarkən danışıb. O, M.Maqomayevin onu qrim otağından qovduğunu etiraf edib:

"Bizim böyük sənətkarımız Müslüm Maqomayev bilirdim ki, "Marlboro" (red. - siqaret) çəkir, özü də tez-tez. Qrim otağında bir az oxudum, səsimə qulaq asdı. Dedi "Səsin normaldır, kimin şagirdi olmusunuz?" Cavab verdim ki, Firudun Mehdiyev. Akademiyada, estradada Flora xanım, aktyor Məlik Dadaşov, Şəfiqə Məmmədova. Dedi, "Lap yaxşı". O da siqaret çəkir, bitməmiş o birisini yandırır. Bir dəfə, iki dəfə, üç dəfə. Heydər Əliyev sarayında qrim otağındayıq. Mən də sadəcə olaraq söylədim ki, "Müslüm Maqomayev mənə elə gəlir, siz həddindən artıq siqaret çəkirsiniz. O, elə başa düşdü ki, mən ona ağıl verirəm. Dedi ki, "Məni gördün? İndi isə burdan get". Onu deyə bilmərəm, amma yəni, xoş gəldin. Mənə ağıl verirsən nə qədər siqaret çəkəcəyəm? Böyük sənətkar, gözəl insan idi".

Xəbər xətti