Keçmiş yol polisi piyadanı avtomobillə vurub öldürdü

11:52 - 21 Mart 2023 - HADİSƏ

Qubada polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi 5 gün sonra ölüb.

APA xəbər verir ki, hadisə Alekseyevka kəndi ərazisində baş verib.
1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər xətti