Vilayət Eyvazov polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

22:42 - 19 Mart 2023 - Xəbər

Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Vüsal Axundov Abşeron RPİ rəisinin xidmət üzrə müavini təyin edilib.

Qeyd edək ki, 1 ay əvvəl polis polkovniki Musa Musayev Binəqədi RPİ-nin rəisi vəzifəsindən azad edilərək Abşeron RPİ-nin rəisi təyin edilmişdi.

Xəbər xətti