İraq və İran sərhəd təhlükəsizliyini gücləndirmək üçün saziş imzalayıb

19:04 - 19 Mart 2023 - DÜNYA

İraq və İran sərhəd təhlükəsizliyini gücləndirmək üçün saziş imzalayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, İraqın baş nazirinin ofisi və İranın Ali Milli Təhlükəsizlik Şurasının birgə bəyanatında təhlükəsizlik sazişi iki ölkə arasında ümumi sərhədlərin qorunmasında koordinasiyanı ehtiva etdiyi deyilir.

Bundan əvvəl İran və İraqın müdafiə nazirləri - briqada generalı Məhəmməd Rza Aştiani və Tabet Məhəmməd Səid əl-Abbasi təhlükəsizlik və sərhədlərlə bağlı danışıqlar aparıblar.

O, həmçinin İraq ərazisində mövcud olan terrorçu qruplarla mübarizədə iki ölkə arasında hərbi, kəşfiyyat və hüquq-mühafizə orqanlarının koordinasiyasını gücləndirməyə çağırıb.

Xəbər xətti