Taliban Əfqanıstanda çətənə becərilməsini qadağan edib

21:01 - 18 Mart 2023 - DÜNYA

Taliban hərəkatının rəhbəri Heybətullah Axundzadə Əfqanıstanda çətənə becərilməsini qadağan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Sosial şəbəkələrdə dərc olunan bəyanatda bütün ölkə vətəndaşları üçün çətənə becərilməsi qadağan edilir. Narkotik bitkinin əkilməsi qaydası pozulduğu halda, onu məhv edəcəklərini vəd ediblər. Eyni zamanda, qanunu pozanların özləri də müvafiq orqanlar tərəfindən məhkəməyə veriləcək ki, şəriət qanunlarına uyğun cəzalandırılsınlar.

Xəbər xətti