Dənizdən naməlum kişi meyiti tapılıb

18:29 - 18 Mart 2023 - HADİSƏ

Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti